Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” Çempionlar Liqası yarışlarının “Dördlər finalı”da


Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının dörddəbir final mərhələsinin cavab oyunları keçirilib. "Sərhədçi" Olimpiya İdman Mərkəzində Bakının "Rabitə" komandası Rusiyanın "Dinamo" (Kazan) kollektivini qəbul edib.

Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüş "Rabitə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında Kazanda keçirilmiş ilk oyunda eyni hesabla Azərbaycan kollektivinin xeyrinə başa çatıb.

İki oyunun nəticəsinə görə "Rabitə" komandası Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na vəsiqə qazanıb. "Dördlər finalı"nda çıxış edəcək üç komanda artıq müəyyənləşmişdir.

Bunlar Türkiyənin "Qalatasaray", İtaliyanın "Yamamay" və Bakının "Rabitə" komandalarıdır. Növbəti rəqib isə Türkiyə kollektivləri "Əczaçıbaşı" və "Vakıfbank" oyunundan sonra müəyyənləşəcəkdir.

Qeyd edək ki, "Dördlər finalı" martda İstanbulda keçiriləcəkdir.




15/02/13    Çap et