Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Litvada “Elektron şəhər” nümayiş etdiriləcək


24-27 aprel tarixlərində Litva Respublikasında “City Real Estate-2013” adlı sərgi-konfrans keçiriləcək. “Şəhər təsərrüfatı, infrastruktura, kommunal təsərrüfat, investisiyalar, daşınmaz əmlak, onun layihələndirilməsi, inşası, həyata keçirilməsi, binaların texniki avadanlığı” mövzusunda keçiriləcək tədbirdə azərbaycanlı iş adamları da iştirak edə bilər.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, sərgi-konfransda “Elektron şəhər”, elektron xidmətlər, daşınmaz əmlak, təbiətin mühafizəsi sahəsində kompüter proqramları nümayiş etdiriləcək.

Həmçinin tədbirdə nümayiş olunacaq mal və xidmətlərə şəhərlərin kiçik arxitekturası, qaz təchizatı, cihazlar, elementlər, lift, eskalator, qaldırıcı texnika, evlərin sökülməsi, o cümlədən partlatma yolu ilə söküntüsü, şəhər özünüidarəetməsi, layihələr, proqramlar, mədəni irsə investisiya yatırılması layihələri, təhsil və ixtisasın artırılması, inkişaf üzrə agentliklər daxildir.

HƏQİQƏT




15/02/13    Çap et