Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər sərt disklərin həcminin artırılmasında ultrasəsdən istifadə ediblər


ABŞ-ın Oreqon Universitetinin tədqiqatçıları ultrasəs vasitəsilə sərt disk və sərtgövdəli daşıyıcıların həcmini artırmağa imkan verən texnologiya hazırlayıblar. Dəqiq istiqamətləndirilmiş şüa materialın vəziyyətini dəyişdirərək onu elastikləşdirir və bundan sonra böyük həcmli məlumat yazmaq mümkün olur.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, məlumat yazıldıqdan sonra diskin səthi ilkin vəziyyətə qayıdır. Tədqiqat müəllifləri bu cür metodun nə dərəcədə səmərəli olub-olmadığı barəsində məlumat verməyiblər. Texnologiya hələ sınaq mərhələsindədir.

Emil Hüseynov




15/02/13    Çap et