Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalı “iPad”-ə görə mağazasının adını dəyişib


Britaniyalı fermer və "Apple Shop" adında çaxır mağazasının sahibi Fişer xarab olmuş "iPhone" və "iPad" qurğularının sahiblərinin şikayətlərinə görə onun adını dəyişməyə məcbur olub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Fişer öz "Apple Shop" mağazasında məhsulunu (az alkaqollu alma sidri) satırdı. Təxminən 4 il əvvəl, "Apple" şirkəti fermerin doğma şəhərində texnika salonu açdıqdan sonra problemlər yaranmağa başlayıb.

Telefon kitabçasında "Apple" şirkətinin telefon nömrəsi "Apple Shop"-un nömrəsinə çox yaxın yerləşib. Buna görə ona xarab olmuş "Apple" qurğuları barəsində xeyli zənglər olub. Bütün bunlardan bezmiş Fişer mağazanın adını dəyişdirərək onu "The Norfolk Cider Company" adlandırıb.

Emil Hüseynov




15/02/13    Çap et