Azərbaycan tarixi Çexiya saytlarının gündəmindən düşmür
Azərbaycan tarixi Çexiya saytlarının gündəmindən düşmür. AMEA Mili Azərbaycan Tarixi Muzeyindən "ICTnews" elektron xəbər xidmətinə bildirilib ki, 2012-ci il dekabrın 19-da Çexiyanın Ostrava şəhər muzeyində açılışı olmuş "Əbədi odlar yurdu - Azərbaycanın minillik mədəniyyəti" adlı sərgidə Mili Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Dövlət Xalça və tətbiqi-sənət muzeyinin eksponatları çexiyalıların böyük marağına səbəb olub:
"Muzeyimizin saytının "Muzey KİV-də" blokunda 2012-ci ilin dekabrında Çexiya mətbuatında sərgi ilə bağlı çap olunmuş materiallarla tanış olmaq olar. Bununla belə sərgi ilə maraq elə böyükdür ki, mətbuatda yeni materiallar dərc olunur.
Ölkənin
www. i-novojicinsko.cz , www. realityprojeny.cz , www.sedesatka.cz
saytlarında 2013-cü ilin yanvarında yeni məqalələr yerləşdirilib.
Maraqlıdır ki,
http://lenkaov.rajce.idnes.cz/1.2.2013_Zeme_vecneho_ohne,_Ostravske_muzeum
ünvanlı saytın müəllifinə sərgi o dərəcədə xoşuna gəlib ki, o, burada sərgidən çəkilmiş 115 nəfis foto yerləşdirib".
HƏQİQƏT