Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İİN-də 16 sayt fəaliyyət göstərir


İqtisadi İnkişaf Nazirliyində (İİN) idarələrlə birlikdə 16 rəsmi internet səhifəsi fəaliyyət göstərir. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İİN-nin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

O bildirib ki, ölkə əhalisini lazimi informasiyalarla təmin etmək üçün sözügedən saytlardakı məlumatlar hər gün yenilənir. «İstəyirik ki, əhali sahə ilə bağlı olan bütün məlumatları bizdən əldə edə bilsin» - deyən A.Əliyev əlavə olaraq vurğulayıb ki, rəhbərlik etdiyi şöbə bütün 16 saytın hamısına yardım edir, onları informasiya ilə təmin edir.

A.Əliyev deyib ki, saytlara nəzarət edən bir qurum kimi ildə bir dəfə hesabat verirlər: «Yeri gəlmişkən bildirim ki, nazirlikdə e-xidmətlər yaranandan sonra yazılı şəkildə müraciət edənlərin sayı azalıb. Hər kəs anlamalıdır ki, e-xidmətlər elə nazirliyin öz işi üçün də çox yararlıdır. Üstəlik, vətəndaşlarımız da bunun vasitəsi ilə rahat şəkildə onlara lazım olan infoprmasiyanı, xidməti alı rvə buna uyğun olaraq addımlar atırlar. Ona da deyim ki, bizim nazirlik «icazələr.gov.az» saytını yaradıb. Bu sayt vasitəsi ilə ictimai müzakirə və digər məsələlər təmin olunur. Biz ictimai müzakirələrə böyük önəm veririk».

İqtisadi İnkişaf Nazirliyində elektron sənəd dövriyyəçsinin yaradıldığını və onun sayəsində heç bir gecikmənin olmadığını önə çəkən A.Əliyevin sözlərinə görə, elektron sənəd dövriyysi sistemində nəzarəti daha güclü formada həyata keçirmək mümkündür: «Bu sistemdə bir işçi hansısa sənədi yuvadarsa, ondan vəzifəcə böyük şəxslər görür və dərhal bunun qarşısı alınır».

SEYMUR




15/02/13    Çap et