Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan analoq sistemlə işləyən televizorların idxalına qadağa qoyacaq


Azərbaycanda yaxın il yarım ərzində analoq sistemlə işləyən televizorların idxalına qadağa qoyulacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.
Nazir deyib ki, Ümumdünya Yayım İttifaqının şərtlərinə görə, dünyada analoq yayımda rəqəmsal yayıma keçid 2015-ci ilədək yekunlaşmalıdır. Bu çərçivədə analoq yayım televizorların idxalı və istehsalı dayandırılacaq.
“Azərbaycanda bu prosesə keçid 2013-cü ilin ilk yarısında başa çatacaq. Bununla əlaqədar hökumət müvafiq qərar qəbul edib və proqram təsdiqlənib. Ölkədə analoq yayımın dayandırılması ilə əlaqədar analoq televizorların da idxalı dayandırılacaq” - deyə Ə.Abbasov qeyd edib.




29/07/11    Çap et