Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peykimiz fevralın 19-da öz orbitinə çatacaq


Azərbaycanın "Azerspace/Africasat-1a" telekommunikasiya peyki fevralın 19-da öz orbitinə çatacaq.

Bu barədə "Azərkomos" ASC-dən deyiblər.

ASC-dən bildiriblər ki, bu günün sonunadək günəş batareyaları və anten reflektorları panellərinin aşılması gözlənilir, bundan sonra peyk işçi mövqenin təyinat nöqtəsinə hərəkət etməyə başlayacaq.

"Fevralın 19-dan sonra və təxminən martın əvvəlinədək sınaq işləri aparılacaq, bundan sonra peyk tamamilə "Azərkosmos"un idarəçiliyinə keçəcək", - ASC-dən deyiblər.




16/02/13    Çap et