Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qərbi Avropanın fərdi kompüter bazarında azalma qeydə alınıb
"Gartner" analitik şirkətinin məlumatına əsasən, fərdi kompüter (FK) bazarında tədarük həcminin azalması qeydə alınıb. Məsələn, 2012-ci ilin dördüncü rübündə yığcam və masaüstü FK-in tədarük həcmi müvafiq olaraq 12,1 və 10,9 faiz azalıb.
"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, mütəxəssislərə görə, 2012-ci ilin son rübündə Qərbi Avropa bazarına ümumlikdə 15,3 milyon FK tədarük edilib.
Bu göstərici 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 11,7 faiz aşağıdır. 2012-ci il ərzində isə bu regiona tədarük edilmiş FK-in sayı 58 milyon təşkil edib və bu göstərici 2011-ci illə müqayisədə 8.4 faiz azdır.
"Gartner" hesab edir ki, Qərbi Avropanın FK bazarında bu vəziyyə iqtisadi çətinliklər, "Microsoft"-un yeni əməliyyat sisteminin aşağı nəticələri və ultrabuk və planşetlərin qiymətinin çox yüksək olması ilə bağlıdır.
Emil Hüseynov
16/02/13 Çap et