Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Opera" şirkəti "Skyfire Labs" startapını satın alır
Norveçin "Opera Software" şirkəti amerikanın "Skyfire Labs" startapını satın alıb.
"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, "Opera"-dan verilən məlumata əsasən, sazişin dəyəri təxminən 155 milyon dollar təşkil edib.
Saziş 2013-cü il martın 15-dək bağlanmalıdır. Məlumat üçün bildirək ki, "Skyfire Labs" şirkəti mobil videonun optimallaşdırması üçün həllər, həmçinin mobil istifadəçilər üçün "bulud" məhsulları hazırlayır.
Emil Hüseynov
16/02/13 Çap et