Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un serverlərinə haker hücumu həyata keçirilib


"Facebook" sosial şəbəkəsinin rəhbərliyi bildirib ki, cari ilin yanvarında şirkətin serverlərinə haker hücumu həyata keçirilib.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, istifadəçi məlumatlarının ələ keçirilməsi aşkar olunmayıb. "Facebook"un məlumatına əsasən, zərərli proqram sayta mobil qurğudan düşüb.

Şirkətin bəyanatına əsasən, virusa yoluxmuş kompüterlərin hamısı təmizlənib, hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.

Emil Hüseynov




18/02/13    Çap et