Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom” İB internet xidməti ilə bağlı yeni kampaniyaya başlayıb


"Aztelekom" İB regionlarda bütün yaşayış məntəqələrinin sakinlərini Aztelekom.net internet provayderinin sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətindən istifadə etməyə dəvət edir.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, birlik internet xidməti ilə bağlı növbəti yeni hədiyyə kampaniyasına start verib: "Kampaniyanın şərtlərinə görə, 6 ay və daha çox müddətə müqavilə bağlayan hər bir müştəriyə ADSL modem müvafiq TKQ-lər tərəfindən pulsuz veriləcək".

Qeyd edək ki, gecə vaxtları (saat 00:00 - 08:00 arası) istifadə etdikləri paketdən asılı olmayaraq bütün abunəçilərə 10 Mb/s sürət təqdim olunur.

CAHANGİR




18/02/13    Çap et