Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə tibb müəssisələrinə edilən haker hücumları xeyli azalıb


"Redspin Breach Report"un hesabatına əsasən, 2012-ci ildə tibb müəssisələrinin xəstələrinin məlumatlarının ələ keçirilməsi hadisələrinin sayı 77 faiz azalıb.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, tibb sahəsində qeydə alınmış təhlükəsizlik hallarının 67 faizi informasiyanın ələ keçirilməsi və məlumat itkisi, yalnız 6 faizi haker hücumları ilə bağlıdır. Məlumat itkisi ilə bağlı qeydə alınmış halların 38 faizinə səbəb onun noutbuk və digər yığcam qurğularda şifrələnməmiş vəziyyətdə saxlanılmasıdır.

"Tibb müəssisələrinə qeydə alınmış təhlükəsizlik hallarını təhlil etməyi tövsiyə edirik" – "Redspin" qeyd edib.

Emil Hüseynov




18/02/13    Çap et