Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ziyalı elita sosial şəbəkələrə “yox” deyir
"Pew Internet"in analitikləri sosial şəbəkələrlə bağlı yeni statistika dərc ediblər. "Pew" analitikləri 2012-ci il 14 noyabrdan 9 dekabra qədər "Instagram", "Twitter" və "Pinterest" xidmətlərinin 1802 istifadəçisi arasında sorğu keçirib.
Araşdırmaya əsasən, qaradərili istifadəçilər (26%) "latinos" və ağdərililərlə müqayisədə "Twitter"dən daha tez-tez istifadə edir. "Instagram"da oxşar nəticə qeydə alınıb: sosial şəbəkənin auditoriyasının 23 faizini afroamerikalılar, 18 faizini "latinos"lar və yalnız 11 faizini ağdərililər təşkil edir.
"Pinterest" şəbəkəyə daxil olan yaşlıların sayına görə, demək olar ki, "Twitter" mikrobloqlar xidmətinə çatıb: bu göstərici müvafiq olaraq 15 və 16 faiz təşkil edir. 2009-cu ildə istifadəyə verilmiş sosial şəbəkəni əsasən kollecdə təhsil alan ağdərili qadınlar ziyarət edir.
Sosial mediadan istifadəyə görə etnik ayrı-seçkilik yoxdur. Ağdərili, "latinos" və afroamerikalılar yaşlıların ümumi sayının təxminən 68 faizini təşkil edir. "Twitter"dən istifadə edən qaradərililərin sayı ağdərililərdən çoxdur. Araşdırmaya əsasən, sosial mediaya "yox" deyənlərin əksəriyyəti ziyalı elitanın nümayəndələridir. Ali təhsilli istifadəçilər sosial şəbəkələrdən daha az istifadə edirlər, lakin fərq o qədər böyük deyil.
Emil Hüseynov
18/02/13 Çap et