Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tanınmayan ünvanlardan gələn məktubları açmayın - XƏBƏRDARLIQ!


Tanımadığınız ünvanlardan gələn elektron məktubları açmayın. Əks halda ciddi problemlərlə qarşılaşa bilərsiz və istifadə etdiyiniz kompüterə həm virus düşə, həm də kompüterinizdə olan şəxsi məlumatlarınız, verilənlər və video-foto arxiviniz oğurlana bilər.

"ICTnews" elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, elektron məktublarla bağlı yeni bir virus aşkarlanıb. Artıq viruslar göndərilməyə başlanıb və istehlakçıların müəyyən problemləri yaranmaqdadır. Bununla bağlı olaraq dünyaca məşhur olan şirkətlər, araşdırma mərkəzləri xəbərdarlıqlar ediblər. Son xəbərdarlıqlardan biri də «Symantec» şirkətindən gəlib. Şirkət bildirir ki, «FedEx»-in adından saxta elektron məktublar yayılır.

Geniş kütləyə göndərilən elektron namələrdə qeyd olunur ki, istifadəçi ona göndərilən bağlamanı yaxınlıqda yerləşən «FedEx» şöbələrindən internetdə elektron poçta gələn qəbzi çap edib gətirməklə ala bilər. Sözsüz ki, burada heç bir həqiqi bağlamadan söhbət gedə bilməz. Belə ki, elektron poçt ilə alınan internet adresə daxil olursa, ona «PostalReceipt.zip» arxivini yükləmək təklif olunacaq.

Həmin arxivin tərkibində zərərverici «PostalReceipt.exe» faylı yerləşir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi bildirir ki, «Trojan.Smoaler» yerləşən sayt hər gün yenilənir. «FedEx» şirkəti öz saytında xəbərdarlıq və yayılan informasiyanın onlayn təhlükəsizliyi haqda məlumat dərc edib.

«Symantec»in mütəxəssisləri aktual olan antivirus proqram təminatından istifadə etməyi məsləhət görür: «Təhlükəsizliyiniz üçün bildirək ki, naməlum elektron poçt ünvanlarından gələn məktubları açmağınız məsləhət görülmür».

SEYMUR




18/02/13    Çap et