Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” videomesaj xidmətini istifadəyə verib


"Skype" internet-telefoniya xidməti videomesaj funksiyasını sınaqdan keçirir. Yeni funksiya sayəsində "Skype" istifadəçilərinin qısamüddətli videoçarxları qəbul edən "Skype"-a daxil olduqda ona çatdırılacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda "Android" istifadəçiləri yeni xidmətdən istifadə edə bilərlər.

Xidmətin ticari versiyası üzərində aparılan işlər başa çatdıqdan sonra o, "iPhone", "Mac OS X" və "Windows" platformalarında da işləyəcək. Yeni funksiya "Skype Premium"-un pullu paketinin bir hissəsi olacaq.

"Skype" şirkəti yeni xidmətini tanıtmaq üçün istifadəçilərə 20 ədəd pulsuz videomesaj göndərmək imkanı təklif edəcək. Bu imkan 3 ay ərzində əlçatan olacaq. Hər bir videomesajın müddəti üç dəqiqəyədək ola bilər. Cari il ərzində xidmətin tam versiyasını işə salmaq planlaşdırılır.

Emil Hüseynov




18/02/13    Çap et