Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislərimiz Türkiyənin sosial xidmətlə bağlı elektron məlumat idarəetmə sistemi ilə tanış olacaqlar


Sosial yardım və müavinətlər, eləcə də sosial xidmət sisteminin təkmilləşdirilməsi işlərində qabaqcıl beynəlxalq təcrübənin, ayrı-ayrı ölkələrin müvafiq praktikasının öyrənilməsi prioritet vəzifələrdən biridir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib. "ICTnews" elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, fevralın 18-dən 25-dək davam edəcək səfər zamanı nümayəndə heyətimiz Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyində görüşlər keçirəcək, qardaş ölkənin sosial yardım və müavinətlər sistemi, onun elektron məlumat idarəetmə sistemi ilə yaxından tanış olacaq.

Eyni zamanda ahıllara sosial xidmət, sosial təhlükəli vəziyyətdə olan uşaqların baxımsızlığının profilaktikası, onların, həmçinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial reabilitasiyası, ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsi öyrəniləcək.

HƏQİQƏT




18/02/13    Çap et