Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Donmayan” kompüter yaradılıb


London Universitet Kollecinin mühəndislərinin yaratdıqları kompüter öz-özünü "sağalda" bilir. Belə ki, kompüterin əsasını təşkil edən "ağıllı" sistem səhv tapdıqda, onu özü sərbəst şəkildə proqramlaşdırır. Bir sözlə, bu cür kompüter üçün "göy ekran" heç bir qorxu yaratmır.

Məlum olduğu kimi, müasir fərdi kompüterlər (FK) eyni anda yalnız bir əmr yerinə yetirə bilir. FK bir əmrdən digərinə yalnız onu yerinə yetirdikdən sonra keçə bilər. Bu ardıcıllıq pozulduğu halda onlar donur və sistemin işini dayandırır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, London Universitet Kollecinin əməkdaşı, "donmayan" kompüter layihəsinin mühəndislərindən biri Piter Bentlinin sözlərinə görə, bu cür sistem yaratmaq ideyası onun ağlına gəlib.

Mühəndislərin həlli 2013-cü ilin aprelində Sinqapurda keçiriləcək "ICES" konfransında nümayiş etdiriləcək.

Emil Hüseynov




18/02/13    Çap et