Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması ilə işləyən “ağıllı” telefonları donduraraq informasiyanı çıxartmaq mümkündür


Alman tədqiqatçıları "Android" platforması ilə işləyən "ağıllı" telefonun PİN kodunu aşağı temperaturda "sındırmağa" müvəffəq olublar. Alimlər standart "Galaxy Nexus" modelini soyuducuda donduraraq təhlükəsizlik sistemini keçə və "soyuq" yenidən yükləmə metodundan istifadə edərək qurğudakı məlumatları çıxara biliblər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, bu metod ilk dəfə 2008-ci ildə fərdi kompüterdə tətbiq edilib. Bu metod ilə hücum kompüterin qida qurğusunun yandırılması və dərhal da söndürülməsindən ibarətdir.

Daha sonra ona fləş-kart daxil edərək digər əməliyyat sistemi işə salınır və əməli yaddaşın durumu fayla yazılır. Mobil qurğuların da belə hücumlara qarşı dayanıqsızlığı məlum olub. Lakin kompüterlərdən fərqli olaraq, onların yaddaş modulundakı informasiya yalnız bir neçə saniyə müddətində əlçatan olur.

Alman alimləri "Galaxy Nexus" modelini 1 saat ərzində soyuducuda saxlamaqla informasiyanın RAM-da saxlanılması müddətini 5-6 saniyə uzada biliblər.

Emil Hüseynov




18/02/13    Çap et