Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Araşdırma: Hər ikinci valideyn uşağını izləmək üçün “Facebook”da qeydiyyatdan keçir


"Facebook"da qeydiyyatdan keçmiş valideynlərin təxminən 50 faizi gündəlik olaraq uşaqlarının profilini yoxlayırlar.

"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, Amerikanın "Education Database Online" mərkəzinin araşdırmasına əsasən, hər ikinci valideyn "Facebook" sosial şəbəkəsinə yalnız uşaqlarını izləmək üçün qoşulur.

Valideynlərin 43 faizi gündəlik olaraq, 31 faizi isə həftədə 4 və ya 5 dəfə uşaqlarının profilini yoxlayırlar.

Emil Hüseynov




19/02/13    Çap et