Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerüstü rəqəmli televiziya qəbulediciləri üzrə dövlət standartı təsdiq edilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən təqdim edilmiş AZS İEC 62216-2013 “DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri” dövlət standartını təsdiqləyib. Standartın tətbiq vaxtı 1 mart 2013-cü il müəyyən edilib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, bu beynəlxalq standart DVB-T (yerüstü rəqəmli televiziya yayım standartı) sistemləri üçün SD və HD qəbuledicilərinin xüsusiyyətlərini müəyyənləşdirir. Standart yayımçılara (yayım operatorları) və qəbuledici istehsalçılarına (idxalçılarına) aiddir. Standartın məqsədi qəbuledicilər tərəfindən yayım siqnallarını qəbul etmək, ötürülən axınların keyfiyyətini təmin etmək, qəbuledicilərdə yayımlara uyğun tələb olunan iş rejimini formalaşdırmaq və istehlakçıları keyfiyyətli yayımla təmin etməkdir.

Standartda qəbuledicinin imkanları, video və audio sistemin, həmçinin multipleks və ötürülən axınların xüsusiyyətləri, video görüntünün formatlaşdırılması, subtitrlər, radiotezlik hissəsi və kanal dekoderi, tətbiqi proqram interfeysi və s. ilə bağlı tələblər müəyyən olunub.

HƏQİQƏT




19/02/13    Çap et