Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Birliyi cari ilin yayında “Google”-u mühakimə edəcək


Avropanın hakimiyyət orqanları 2013-cü ilin yayında “Google” şirkətinə qarşı məhkəmə araşdırmasına başlaya bilər. Bu barədə Fransanın “CNIL” tənzimləyicisinin nümayəndələri məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, internet nəhənginin istifadəçilərin fərdi məlumatları ilə bağlı siyasəti diqqət mərkəzindədir.

Xatırladaq ki, 2012-ci ilin martından etibarən “Google” reklam istiqamətini daha da inkişaf etdirmək üçün istifadəçilərinin fəaliyyəti haqqında informasiyanı toplayır. Tənzimçilər bildirir ki, bu cür sistem fərdi məlumatların toxunulmazlığı hüququnu pozur. 2012-ci ilin oktyabrında “Google” şirkətinə qarşı ultimatum qaldıraraq siyasətini dəyişdirmək üçün ona 4 ay vaxt vermişdilər. İ

nternet-şirkət cavabında bildirmişdi ki, onun fəaliyyəti Avropanın hakimiyyət orqanlarının tələblərinə uyğun icra olunur.

Emil Hüseynov




19/02/13    Çap et