Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər Malayziyanın İnformasiya Nazirliyinin saytını dağıdıb


Hakerlər Malayziyanın İnformasiya Nazirliyinin saytını dağıdıb və orada ölkənin baş naziri Nacib Razakın istefası haqqında saxta məlumat yerləşdiriblər.

“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, fevralın 18-də İnformasiya naziri İbrahim Əbdül Rəhman bildirib ki, bu hadisə səhər, informasiya bir neçə saytda dərc edildikdən sonra aşkar edilib. Nazir bildirib ki, “e-Akhbar” və “e-Press” kimi qurumların sistemləri də dağıdılıb.

Emil Hüseynov




19/02/13    Çap et