Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hücumçu saytlar 600 faiz artıb


Tədqiqatçılar bildirir ki, bədniyyətli kod yayan hücum saytlarının sayı son bir ildə 600 faiz artmışdır. Təhlükəsizlik firması "WebSense" bildirir ki, bədniyyətlilər tərkibində avtomatik hücum kodları olan veb-saytlar yaratmağa çalışırlar.

"ICTnews.az" elektron xəbər xidməti "cert.az" saytına istinadən bildirir ki, bəzi saytlar ziyankar kodları yaymaq üçün qəsdən yaradılsa da, "WebSense"-in qiymətləndirməsinə görə, təhlükəli veb-saytların 85%-i sonradan etibardan salınmış saytlardır. "Websense Security Labs"-ın vitse-prezidenti Charles Renert bildirir ki, "bu hücumlar əsasən qanuni saytlara qarşı təşkil edilir və təhlükəsizlik və etibara ənənəvi yanaşmalara yenidən baxmağı zəruri edir".

"Bu, artan təhlükələrin zamanı və hədəfləri daha yüksəksəviyyəli hədəflərə yönəlmiş təcrübəli bədniyyətlilərin yeni nəslini nişan verir". Hücum saytlarındakı artım avtomatik eksployt alətləri dəstlərinin istifadəsində artımla üst-üstə düşür. Bir neçə yüz dollara başa gələn hücum alətləri dəsti veb-səhifəyə bir sıra geniş yayılmış boşluqların istismarını avtomatik yerinə yetirməyə imkan verən kodlar yeridə bilir. Daha təcrübəli alətlər əməliyyat sistemləri, brauzerin növü və versiya nömrələri üzrə axtarış apara bilir.

Emil Hüseynov




20/02/13    Çap et