Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə Rusiyada mobil telefon bazarının həcmi 16% artıb
"MTS" pərakəndə şəbəkəsinin analitik hesabatına əsasən, 2012-ci ildə Rusiya Federasiyasında mobil telefon bazarının həcmi 15,6 faiz artaraq 206 milyard rubl olub.
"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, ötən il Rusiyada 42,2 milyon aparat satılıb ki, bu da 2011-ci illə müqayisədə 3,4% çoxdur. 2012-ci ilin dördüncü rübündə satış həcmi 2% azalıb. 2012-ci ilin yekununa görə, Rusiyada "ağıllı" telefonların satış həcmi 1,6 dəfə artaraq 13 milyon aparat olub.
Ötən ilin dördüncü rübündə 4,3 milyon "ağıllı" telefon satılıb ki, bu da 2011-ci illə müqayisədə 51% çoxdur.
Emil Hüseynov
20/02/13 Çap et