Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sabah Bakıda texnoparklarla bağlı seminar keçiriləcək
Fevralın 21-də saat 10:00-da İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda "Orta Doğu Texniki Universitetinin texnopark modeli təcrübəsinin analizi və texnoparkların Azərbaycan iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi" mövzusunda seminar keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən institutun məlumatında deyilir. Məruzəçi Türkiyənin Yalova Universitetinin əməkdaşı Yəhya Özdəmirdir.
Qeyd edək ki, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların nümayəndələrinin, institutun əməkdaşlarının, doktorant və dissertantların, institutun əməkdaşlıq etdiyi təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
CAHANGİR
20/02/13 Çap et