Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-a edilən kiberhücumlarda Çin ordusu şübhəli bilinir


Kompüter sistemlərinin müdafiəsi ilə məşğul olan Amerikanın "Mandiant" şirkəti Çin ordusunu ABŞ-a qarşı kibercasusluqda ittiham edib. Mütəxəssislər bildirir ki, 2006-cı ildən etibarən Çin Xalq Respublikasının (ÇXR) Qurtuluş Ordusunun məxfi bölməsinin hakerləri onlarla Amerika KİV-i, dövlət idarəsi və özəl təşkilatlara qarşı hücum həyata keçirib.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, hakerlərin məqsədi məlumat toplamaq olub. 100 terabaytlarla məlumat hakerlərin əlinə keçib: mühüm sazişlərin detallarının əks olunduğu sənədlər, çertyojlar, əlaqə siyahıları və elektron məktublar.

2012-ci ilin noyabrında ABŞ və Çin arasında iqtisadiyyat və təhlükəsizlik sahəsində əlaqələri araşdıran Amerika komissiyası Çini kiberməkanda ən təhlükəli "oyunçu" adlandırıb. Rəsmi Pekin ittihamı inkar edərək bildirir ki, o, özü də kiberhücumların "qurban"ıdır.

Emil Hüseynov




20/02/13    Çap et