Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şagirdlərin 90 faizi ilə bağlı məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib


2012/2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinə hazırlıq işləri davam edir. Artıq ümumi təhsil müəssisələri tərəfindən 197026 şagird haqqında məlumat “Şagird-məzun” sisteminə əlavə edilib ki, bu da daxil edilməli olan məlumatların 90 faizini təşkil edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, daxil edilmiş məlumatları analiz etmək məqsədilə xüsusi proqram sistemi yaradılıb. Sistem vasitəsilə məlumatların məntiqi yoxlanılması əsasında təhlillər aparılır, aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlar təhsil müəssisələrinə təqdim edilir.

Eyni zamanda təhsil müəssisələri tərəfindən məzunların sistemə daxil edilmiş buraxılış ilindən əvvəlki tədris ilində aldıqları yekun qiymətlər bir daha yoxlanılır və təsdiqlənir. Bu prosesin tezliklə başa çatdırılması nəzərdə tutulur.

HƏQİQƏT




21/02/13    Çap et