Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1000 dollarlıq oyun videokartı
“NVIDIA” şirkəti oyun həvəskarları üçün nəzərdə tutulmuş yeni “GeForce GTX Titan” qrafik prosessorunu təqdim edib. Bahalı və güclü videokart çox güclü kompüterə tələbkar oyunlar üçün hesablanıb. “ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, qrafik prosessor “Kepler” arxitekturasına əsaslanır.
O, “DirectX 11”, “OpenGL 4.3”-i və “HDMI”, “Dual Link” (DVI-I və DVI-D) və “DisplayPort” interfeysləri vasitəsilə qoşulmanı dəstəkləyir. “DVI” üzrə maksimal təsvir ölçüsü 4096x2160, “VGA” üzrə isə 2048x1536 təşkil edir. “NVIDA” şirkətinin yeni liderinin nüvələrinin sayı “GeForce GTX 680” ilə müqayisədə 75% çoxdur.
“GDDR5” tipli yaddaşın həcmi 6144 MB təşkil edir. Yeni videokartın qiyməti təxminən 1000 dollardır.
Emil Hüseynov
21/02/13 Çap et