Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dell” nüfuzunu itirir
"Dell" şirkəti ötən ilin dördüncü rübü və 2013 maliyyə ili üzrə hesabatını dərc edib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, dünyanın ən böyük kompüter istehsalçılarından biri "Dell" üç ay ərzində 14,3 milyard həcmində mədaxil əldə edib ki, bu da illik hesablama üzrə 11% azdır.
Xalis mənfəətin həcmi təxminən 33% azalaraq 530 milyon dollar təşkil edib. Böyük korporativ sifarişçilərə satılan avadanlıqların rüblük satış həcmi 7% azalaraq 4,7 milyard dollar, dövlət sektorunda tədarüklərdən əldə olunan gəlir 9% azalaraq 3,5 milyard dollar olub. İstehlak seqmentində satışların həcmi 25% azalaraq 2,8 milyard dollar təşkil edib.
Tələbatın azalması bütün regionlarda qeydə alınıb. "Dell" şirkətinin mədaxili 2012 maliyyə ili ilə müqayisədə 8% azalaraq 56.9 milyard dollar təşkil edib. Mənfəətin həcmi isə 32% azalaraq 2,4 milyard dollar olub. Gözləntilərə əsasən, "Dell" özəl şirkətə çevrildikdən sonra maliyyə durumunu yaxşılaşdıra və bazar mövqeyini möhkəmləndirə biləcək.
Emil Hüseynov
21/02/13 Çap et