Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qrafik prosessor bazarının həcmi azalır


“Jon Peddie Research” şirkəti 2012-ci ilin dördüncü rübü üzrə qrafik çip bazarının yekununu açıqlayıb. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, dərc edilmiş statistika diskret sürətləndiriciləri və inteqrasiya edilmiş həllərin tədarükünü nəzərdə tutur.

Satışların həcmi rüblük və illik hesablama üzrə müvafiq olaraq 11,5% və 8,2% azalıb. Üç ay ərzində 28,8 milyon ədəd diskret videokart tədarük edilib ki, bu da 2012-ci ilin üçüncü rübü ilə müqayisədə 15,9% azdır. “Intel” mərkəzi prosessorlara inteqrasiya edilmiş videonüvələr hesabına qlobal bazarda 63,4% payla liderdir. Korporasiya 1 il əvvəl bu seqmentin 59,2%-nə nəzarət edirdi. İkinci yerdə “AMD” şirkəti qərarlaşıb: onun mövqeyi 1 il ərzində 24,8-dən 19,7%-ə qədər azalıb. “NVidia” şirkəti üçüncü olub: onun bazar payı 15,7-dən 16,9%-ə qədər artıb.

Analitiklər bildirir ki, qrafik çip bazarının həcminin azalması əsasən onunla izah olunur ki, bir çox istifadəçilər əlavə diskret videokart quraşdırmayaraq daxili videokontrollerlərə üstünlük verirlər.

Emil Hüseynov




21/02/13    Çap et