Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da internetin sürəti azaldılacaq
Amerikanın ən böyük musiqi şirkətləri və provayderləri yeni “Center for Copyright Infringement” adlanan təşkilatda birləşiblər. Onların məqsədi ölkə ərazisində internet-piratçılığa son qoymaqdır. Bu təşkilat müəllif hüquqlarını pozan istifadəçilərin qlobal şəbəkəyə çıxış sürətini azaltmağı planlaşdırır.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, başda “AT&T” olmaqla, ölkənin böyük internet provayderləri artıq yeni təşəbbüs altında birləşib.
Emil Hüseynov
21/02/13 Çap et