Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ani çəkiliş üçün ilk fotoaparat təqdim edilib


1947-ci il fevralın 21-də ixtiraçı Edvin Lend ilk “Polaroid” fotoaparatını nümayiş etdirib. Fotoaparat özündə fotoçəkiliş və fotoların emalı proseslərini birləşdirmişdi. İlk “Polaroid” aparatı kadrları demək olar ki anında hazır edirdi.

1948-ci ilin noyabrında aparat satışa çıxarılıb. Birinci partiya bir gün ərzində satılmışdı, çünki qiyməti 89,75 dollar idi. Birinci ildə 9 milyondan çox “Polaroid” aparatı satılmışdı. 1970-1980-ci illər “Polaroid” üçün zirvə illəri olub. Lakin rəqəmli fotonun inkişafı ilə əlaqədar satışların həcmi azalmağa başlayıb.

“Polaroid” şirkəti iki dəfə müflis olması barəsində bəyan edib.

Emil Hüseynov




21/02/13    Çap et