Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberqin biznes qaydaları


"Facebook"-un banisi Mark Zukerberqin proqramçı, ideya, risk və pul haqqında fikirlərini təqdim edirik:

• Həmişə "Facebook"-u faydalı etmək barəsində düşünmüşəm.

• Bir gecədə tonlarla kod?! Bəli, nəticə məhz budur.

• "Facebook" şirkətə çevrilmək üçün deyil, sosial missiyanı yerinə yetirmək üçün yaradılıb: bir-birindən uzaq məsafədə yaşayan insanları bir-birinə daha da yaxın etmək.

• Bir şeyi ki dostlarınızla, ailənizlə istifadə edirsiniz, bu zaman ona daha da güclü bağlanırsınız.

• Sosial şəbəkələr dostluğa alternativ yox, onun davamıdır.

• "Facebook" sosial şəbəkəsi ilə bağlı çəkilmiş filmdə hər şey həqiqətdə olduğu kimi göstərilməyib. Əslində "Facebook"-un tarixi çox darıxdırıcıdır. Biz sosial şəbəkənin kodunu 6 il müddətində yazmışıq. • Biznesdə ən əsas odur ki, fikirlərini yaratmaq istədiyin şey üzərində cəmləyəsən. Mən sadəcə özüm də istifadə etmək istədiyim layihə üzərində işləmişəm.

• Əməkdaşlarımız bizim komandanın bir hissəsi olmalarından qürur hissi keçirir. Bu yalnız şirkət deyil, bir kainatdır. • Reklamı xoşlamasaq da, lakin o, bizə hesablarımızı ödəməyə imkan verir.

• "Facebook" daha çox hökumət təşkilatına oxşayır. Biz böyük sayda insan cəmiyyəti ilə işləyirik və daxili siyasətimiz haqqında ciddi düşünməliyik.

• Biz hər bir insana fikrini bildirmək, deməli, hakimiyyət vermişik. Bu andan etibarən köhnə sistemin fəaliyyətinə xitam verilib.

• Mən "Facebook"-un yalnız amerika şirkəti olmasını və dünyada yalnız amerika dəyərlərini təbliğ etməsini istəmirəm. Məsələn, "söz azadlığı" deyilən bir anlayışı biz çox sevirik və "Facebook"-da ona hər cür dəstək veririk, lakin hər bir ölkə bu ifadəni müxtəlif mənada başa düşür. Buna görə də mənim üçün ən əsası müxtəlif ölkələrdə yaşayan insanların düşüncə tərzini anlamaq və "Facebook" sosial şəbəkəsinin mədəniyyətlərin müxtəlifliyinə qarşı son dərəcə həssas olmasını təmin etməkdir.

• Düşünürəm ki, gələcəkdə proqramlaşdırma elementləri ilə təkcə proqramçılar deyil, hər bir kəs məşğul olacaq.

• Serverlərə ehtiyac qida kimidir. Əgər müəyyən müddət yeməksiz qalmaq mümkündürsə, lakin kifayət qədər məhsuldarlığa malik olmayan serverdə yerləşdirilmiş sayt sadəcə işləməyəcək.

• "Facebook" son dərəcə yaxşı təcrübədir, mənim sadəcə bəxtim gətirib. Lakin kollecdə oxumadığıma çox peşmanam. Orada sən bildiyindən daha çox öyrədirlər.

• Silikon vadisində bir çoxları şirkətlərini onların nə işlə məşğul olacağını düşünmədən yaradıb. Məgər belə olar? Dünyaya faydalı nəsə təklif etmək ideyasından başlamaq, sonra isə bunun əsasında şirkət yaratmaq lazımdır.

• Kiçik biznes yaratmaq üçün iki şey mühümdür. Birincisi, yaxşı proqramçılara malik olmaq və ideyası olanları öyrətmək, ikincisi isə bu ideyaları həyata keçirməkdir.

• Mən ümumiyyətlə reklama, xüsusilə "axmaq" reklama nifrət edirəm.

• Sənaye və digər istənilən biznes bir neçə il sonra mobilləşəcək, bu qaçılmazdır.

• Çətin ki, "Facebook" kimi ideya bir də ağlıma gələ.

• Ən böyük risk odur ki, heç bir risk etməyəsən. Müasir dünyamızda hər şey sürətlə dəyişir, uğursuzluğa düçar olan yeganə strategiya risk etməməkdir.

• Mən yalnız öz biznesimi necə qurmaq və onu möhkəmləndirmək barəsində düşünürəm. Ümid edirəm ki, bizim işimiz daha maraqlıdır. Biz işimizlə məşğul olmaqdan sadəcə zövq alırıq. Heç vaxt şirkəti satmaq barəsində düşünməmişəm.

• Məgər mən pula ehtiyacı olan insana oxşayıram?

Emil Hüseynov

emilhuseynov86@gmail.com





22/02/13    Çap et