Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Poçt mübadilə avtomobilləri GPS monitorinq sistemi ilə idarə olunur
"Azərpoçt" MMC-nin bütün poçt mübadilə avtomobilləri GPS monitorinq sistemi ilə idarə olunur. Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, "Yollar" şirkəti ilə bağlanan müqavilə nəticəsində bank xidmətlərinə başlayan müəssisə bütün təhlükəsizlik tədbirlərini həyata keçirmiş olub.
GPS sistemi nәqliyyat vasitәlәrinin, mobil personalın yerlәri haqqında real vaxt rejimindә dәqiq mәlumat almağa, yanacaq sәrfinә, temperatur rejiminә, avtomobillәrin vә xüsusi texnikanın әlavә mexanizmlәrinin işinә nәzarәt etmәyә imkan verәn texnologiyadır.
Monitorinq sistemi nәqliyyat vasitәlәrinin istifadәsini optimallaşdırmağa, avtomobillәrin istismar xәrclәrini azaltmağa, avtoparkın idarә edilmәsini avtomatlaşdırmağa, işçi heyәtin mәsuliyyәtini artırmağa vә yükün vәziyyәtinә nәzarәt etmәyә imkan verir. «Yollar» brendi 2007-ci ildә yaradılıb. Mövcud olduğu müddәtdә şirkәt özünü Azәrbaycan bazarında avtomobil nәqliyyatının peyk monitorinqi üçün qabaqcıl innovativ hәllәrin tәmin edilmәsi sahәsindә etibarlı vә peşәkar partnyor kimi tanıdıb.
RƏVAN
22/02/13 Çap et