Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ Dövlət Departamentinin satdı “sındırıldı”
"Anonymous" qrupu ABŞ Dövlət Departamentinin veb-saytını "sındırmasını" və verilənlər bazasını ələ keçirməsini iddia edir, həmin baza hazırda internetdə yerləşdirilib.
"ICTnews.az" elektron xəbər xidməti "cert.az" saytına istinadən bildirir ki, həktivistlər tərəfindən yerləşdirilən məlumatlarda Dövlət Departamentinin konsul və işçi heyətinin adları və e-poçt ünvanları, bəzi hallarda isə telefon nömrələri və doğum günləri də var. İstifadəçi adları yerləşdirilmiş verilənlər bazasında da var.
"State.gov" və başqa saytlarda axtarış göstərir ki, ABŞ-da və xaricdəki diplomatik missiyalarda Dövlət Departamenti işçilərinə aid bir neçə e-poçt və digər məlumatlar üst-üstə düşür. Bura "Wikileaks" tərəfindən dərc edilən ABŞ Dövlət Departamenti sənədlərinin birində adı keçən yüksəkvəzifəli şəxsin adı da daxildir.
Emil Hüseynov
22/02/13 Çap et