Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nuşirəvan Məhərrəmli: «İnternet televiziyalarının da fəaliyyəti qanunla tənzimlənməlidir»
«Bu gün Azərbaycanda internet televiziya və radioların fəaliyyətinin tənzimlənməsi üçün ümumiyyətlə hər hansı mexanizm yoxdur və onlar lisenziyalaşdırılmadan fəaliyyət göstərir».
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib.
Şura sədrinin qənaətincə, əgər efir, kabel, peyk televiziyalarının fəaliyyəti qanunla tənzimlənirsə, internet televiziyalarının və radioların da fəaliyyəti qanunla tənzimlənməlidir.
"Çünki bu, eyni fəaliyyət sahəsi, eyni yayım formasıdır. Niyə də tənzimlənməsin? Bu mənim fikrimdir. Amma bununla bağlı hər hansı mexanizm hazırlanmayıb. Bunu tənzimləmək çox çətin məsələdir. Nə vaxt ki, Avropa ölkələrində bununla bağlı tənzimləmə yolu taparlar, biz də bir yol taparıq".
SEYMUR
22/02/13 Çap et