Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Eduardo Saverin: "Sürətli inkişaf “Facebook” üçün riskdir"


Bu gün Sinqapurda keçirilmiş konfransda çıxış etmiş "Facebook"un həmtəsisçisi Eduardo Saverin bildirib ki, sürətli inkişaf "Facebook" üçün mənfi haldır.

"Düşünürəm ki, həddindən çox sürətli inkişaf ən böyük riskdir. Belə ki, sürətlə inkişaf etdikdə hər şeyi nəzərə almaq və səhvlərdən nəticə çıxartmaq çox çətindir" – o deyib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, buna baxmayaraq, "Facebook" şirkəti onun həmtəsisçilərindən birinin fikri ilə razı deyil və Mark Zukerberq bildirib ki, sosial şəbəkə mümkün qədər sürətli inkişaf etməlidir.

O bildirib ki, şirkət cari ildə istifadəçi bazasının artması üçün xərclərini 2 dəfə artırmağı planlaşdırır. Şirkət təşəbbüslərini daha çox mobil sahəyə kökləyəcək. Hazırda "Facebook"un auditoriyası 1.1 milyard nəfər təşkil edir.

Emil Hüseynov




22/02/13    Çap et