Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Universal "LTE" çipi təqdim olunub


"Qualcomm" şirkətinin təqdim etdiyi "RF360" mobil çiplər ailəsi "LTE" şəbəkələrin bütün mövcud tezlik diapazonlarını dəstəkləyir. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, mobil çip "ağıllı" telefon və planşetlər üçün nəzərdə tutulub.

"RF360" mobil çip vasitəsilə qurğu yerli operatorların istifadə etdiyi tezlik diapazonundan asılı olmayaraq, istənilən ölkədə "LTE" şəbəkələrə qoşula biləcək. Radioçip yeddi rejimdə işləyə bilər: "LTE-FDD", "LTE-TDD", "WCDMA", "EV-DO", "CDMA 1x", "TD-SCDMA" və "GSM/EDGE". Artıq "LTE" şəbəkə dəstəkli planşet və "ağıllı" telefon istehsalçıları eyni qurğunun müxtəlif ölkələr üçün bir neçə versiyasını istehsal etməlidirlər.

Emil Hüseynov




23/02/13    Çap et