Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MB-da elektron sənəd dövriyyəsi ilə bağlı təqdimat keçirilib
Mərkəzi Bankın (MB) təşkilatçılığı ilə "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" və "Modern və standartlaşdırılmış statistika sisteminin yaradılması" Proqramları çərçivəsində seminar öz işinə başlayıb.
Bu barədə MB-nın Kommunikasiya departamentindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, seminarın məqsədi nağd pulun regional idarəetmə sistemlərinin təkmilləşdirilməsi, Elektron statistik məlumat bazası və Analitik hesabatlılıq sisteminin (ESAS) praktiki tətbiqi, Kredit reyestri xidmətinə sorğu və müraciətlərin cavablandırılması ilə bağlı metodiki göstərişlərin verilməsindən ibarətdir.
Seminarda MB-nın Statistika departamentinin direktoru E.Cəfərov, Xəzinə departamentinin direktoru F.Ələkbərov, Mərkəzləşdirilmiş kredit reyestri xidmətinin rəhbəri E.Həbibov, Nağd pulun idarə edilməsi şöbəsinin rəisi E.Mahmudov tərəfindən müvafiq Proqramlar çərçivəsində həyata keçirilən layihələr barəsində məlumat verilib. Seminar zamanı Regional Mərkəzi Bankçılığın inkişaf etdirilməsi, nağd pul idarəetməsinin yeni logistika modelinin yaradılması, nağd pulla əməliyyatlarda effektivliyin yüksəldilməsi və risklərin minimallaşdırılması, Elektron statistik məlumat bazası və Analitik hesabatlılıq sisteminin (ESAS) praktiki tətbiqi, real sektorun regional monitorinq əhatəsinin genişləndirilməsi, Kredit reyestri xidmətinə sorğu və müraciətlərin cavablandırılması və Mərkəzi Bankda elektron sənəd dövriyyəsinin təşkili ilə əlaqədar Nağd pul, Statistika, İnformasiya texnologiyaları departamentləri, Mərkəzləşdirilmiş kredit reyestri xidməti tərəfindən təqdimatlar keçirilib.
Seminarda Mərkəzi Bankın regional mərkəzlərinin və bank olmayan kredit təşkilatlarının əməkdaşları iştirak etdilər.
SEYMUR
23/02/13 Çap et