Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"HP" iflasa doğru


"Hewlett-Packard" (HP) şirkəti 2012-ci ilin dördüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "HP" şirkətinin mədaxili 6% azalaraq 28.4 milyard dollar olub.

Xalis mənfəəti isə 16% azalaraq təxminən 1.2 milyard dollar təşkil edib. Müqayisə üçün, ötən il bu göstərici 1.5 milyard dollar olub. Şirkət bildirir ki, azalma biznesin bütün əsas istiqamətləri üzrə qeydə alınıb.

Emil Hüseynov




23/02/13    Çap et