Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” 8 düymlü planşetini təqdim edib


"Samsung" şirkəti fevralın 24-də rəsmi olaraq 8 düymlü "Galaxy Note 8.0" planşetini təqdim edib. Planşet fevralın 25-də Barselona şəhərində başlayacaq "Mobile World Congress" sərgisində nümayiş etdiriləcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, qurğu 1,6 QHs takt tezlikli dördnüvəli "Cortex-A9" prosessoru, 2 QB əməli yaddaş və 16-dan 32 qiqabayta qədər daxili yaddaşla (həmçinin "microSD" yaddaş kartları üçün slot mövcuddur) təchiz olunub.

Planşetin ekranının təsvir ölçüsü 1280x800 nöqtə təşkil edir. "Galaxy Note 8.0" planşetinin çəkisi 338 qramdır və "Android 4.1.2" əməliyyat sistemi ilə işləyir. Planşetin özəlliyi ondan ibarətdir ki, onu telefon kimi istifadə etmək olar. Qurğunun 2013-cü ilin aprel-iyun aylarında satışa çıxarılacağı gözlənilir. Qiymət haqqında məlumat verilmir.

Emil Hüseynov




25/02/13    Çap et