Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada optik internetin inkişafı daha sürətlidir
2012-ci ilin ikinci yarımilliyi üzrə yekuna əsasən, Rusiyada optik şəbəkə abunəçilərinin sayı Avropa Birliyi ilə müqayisədə daha çoxdur. Rusiya "FTTH" ("mənzillərə optik") və "FTTB" ("evlərə optik") üzrə optik şəbəkələrin nüfuzetmə səviyyəsinə görə Avropada altıncı yerdə qərarlaşıb.
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Avropanın FTTH Şurasının məlumatına əsasən, 2012-ci ildə Rusiyada "evlərə optik" nüfuzetməsinin səviyyəsi təxminən 14%, "mənzillərə optik" isə təxminən 1% olub.
Optik şəbəkəyə qoşulmaların sayının az olmasına baxmayaraq, Rusiya optik şəbəkə abunəçilərinin sayının artımına görə lider olub. 2012-ci ilin ikinci yarımilliyində onların sayı 2,2 milyon (42%) artıb ki, bu da Avropanın bütün ölkələrinin ümumi göstəricisindən çoxdur. Avropa Şurasının hesabatına əsasən, 2012-ci ilin sonunda Rusiyada "mənzillərə optik" şəbəkəsinə 7.5 milyon ev qoşulub.
"Mənzillərə optik" nüfuzetməsi səviyyəsinə görə geri qalma inkişaf etmiş iqtisadiyyata malik ölkələrin ümumi xüsusiyyəti olaraq qalır. Məsələn, Almaniya və Böyük Britaniya "FTTH" üzrə nüfuzetmə səviyyəsinə o qədər aşağı göstəricilərə malikdirlər ki, Avropa Şurasının tərtib etdiyi reytinqdə yer almayıblar, İspaniya və İtaliya reytinqdə müvafiq olaraq 20 və 21-ci, Fransa isə 18-ci yerdə qərarlaşıb.
2012-ci ildə "FTTH" üzrə qoşulmaların sayına görə ilk beşlikdə Rusiyadan başqa, həmçinin Türkiyə, Ukrayna, İspaniya və Bolqarıstan yer alıb. Türkiyədə ötən il abunəçilərin sayı iki dəfə artıb. Optik şəbəkənin (həm "FTTH", həm də "FTTB") nüfuzetmə səviyyəsinə görə mütləq lider Litva olub. Orada 31%-dən çox ev optik şəbəkəyə qoşulub.
İsveç reytinqdə ikinci olub: orada optik şəbəkələrə 22,6% ev qoşulub. Ümumilikdə, Avropa ölkələri Rusiya ilə müqayisədə aşağı nəticə göstəriblər. Avropa Birliyinin 27 ölkəsində optik şəbəkəyə qoşulmuş abunəçilərin sayında 15% artım olub. Emil Hüseynov
25/02/13 Çap et