Vətəndaşlar Nəsimi rayon İH-yə elektron qaydada müraciət edə bilərlər
Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və vətəndaşlara elektron xidmətlərin göstərilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytında (
www.nasimi-ih.gov.az/) "Elektron müraciət" bölməsi yaradılıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmətdən yararlanmaq üçün vətəndaş ilk növbədə adını, soyadını, atasının adını, ölkəni, şəhəri, ünvanını, həmçinin telefon nömrəsini və elektron poçt ünvanını bölmədəki müvafiq xanalara daxil etməlidir.
Bununla yanaşı, yaşı, cinsi, sosial durumu, müraciətin növü, mövzusu və mətni qeyd edilməlidir. Sonda gizli kod daxil edildikdən sonra "Göndər" düyməsi sıxılmaqla elektron müraciət icra hakimiyyətinə ünvanlanır.
CAHANGİR