Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ZTE” şirkəti “Firefox” əməliyyat sistemi ilə işləyən ilk “ağıllı” telefonu təqdim edib
"ZTE" şirkəti Barselonada işə başlamış sərgiyə "Firefox OS" əməliyyat sistemi ilə işləyən ilk ticari "ağıllı" telefonu gətirib.
Qurğu "Open" adlandırılıb və 2013-cü ilin yayında satışa çıxarılacaq. Jurnalistlərin sözlərinə görə, model hələ ki funksionallığına görə "ağıllı" telefonu deyil, birinci nəsil "iPhone"-u xatırladır. "tech.onliner.by" yazır ki, "ZTE Open" cihazı 480×320 piksel təsvir ölçüsünə malik 3,5 düymlü ekran, birnüvəli "Qualcomm MSM7225A" çipi, 256 MB əməli yaddaş və 512 MB daxili yaddaş, 3,2 meqapiksel təsvir ölçüsünə malik kamera, həmçinin 1200 milliamper/saat tutumuna malik akkumulyator təchiz edilib. Həmçinin "Wi-Fi", "Bluetooth" və "GPS" modulları mövcuddur.
Məlumat üçün bildirək ki, "Mozilla" şirkətinin brauzer əməliyyat sistemi "HTML5", "JavaScript" və "CSS3" texnologiyalarından istifadə nəticəsində hazırlanıb. Platforma veb-tətbiqlərlə işləmək üçün nəzərdə tutulub.
EMİL
25/02/13 Çap et