Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli onlayn ödəmə portalında yeni kampaniya başlayır


"Hesab.az" onlayn ödəmə portalında "MasterCard"la ödə - ikiqat bonus qazan!" kampaniyasına start verilir.

"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, "MasterCard" və "Maestro" kartları ilə hər 1 manat məbləğində aparılan ödəmələr istifadəçilərinə artıq 100 yox, 200 bonus xalı gətirir. Nəticədə bu kartların sahibləri qazandıqları bonus xalları hesabına portaldakı hərraclarda daha çox sayda hədiyyə əldə edə biləcəklər.

Xatırladaq ki, "GoldenPay" ödəmə texnologiyaları əsasında çalışan "Hesab.az" portalı hal-hazırda istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir.

Bu zaman qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər. Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonları vasitəsilə - "m.hesab.az" mobil resursdan da ödəmək olar.

CAHANGİR




25/02/13    Çap et