Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xorvatiyanın İKT şirkəti azərbaycanlı sahibkarlara əməkdaşlıq təklif edir


Xorvatiyanın 1995-ci ildən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən "B4B" şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, "B4B"-in əsas fəaliyyət sahəsi telefon rabitəsi, ictimai fəaliyyət və nəqliyyat sahəsində SAP biznes idarəetmə sistemlərinin həyata keçirilməsidir: "Şirkət neft-qaz, tullantıların emal edilməsi sahəsində də ixtisaslaşıb.

"B4B" bu sahələrdə Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlıdır. Şirkətlə əməkdaşlıqda maraqlı olan iş adamları müvafiq əlaqə vasitələrindən (tel.: (+3851) 617 70 55; fax: (+3851) 617 70 60; e-poçt: damir.bagic@b4b.hr; web: www.b4b.hr) yararlana bilərlər.

HƏQİQƏT




26/02/13    Çap et