Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformatika müəllimləri üçün “Ən yaxşı videodərs” müsabiqəsi başlayır


Ümumtəhsil məktəblərinin müəllimləri üçün Azərbaycan dilində İnformatika dərslikləri əsasında videodərslərin hazırlanmasını nəzərdə tutan müsabiqə başlayır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “ http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib.

N.İsayeva qeyd edib ki, “Ən yaxşı videodərs” adlı bu müsabiqənın şərtlərinə görə, I-XI siniflər üzrə İnformatika dərsliklərində olan istənilən bir mövzu seçilməli, “Camtasia Studio” və ya digər videoredaktorların birində bu dərsin videoizahatı hazırlanmalıdır. Hazırlanmış videofayl “www.youtube.com” saytında yerləşdirilməlidir.

Videodərsin “www.youtube.com”-dakı linkinin “informatik-az@mail.ru” elektron ünvanına göndərilməsi tələb olunur.

Hər müəllim müsabiqəyə yalnız bir iş təqdim edə bilər. İşlər Azərbaycan dilində hazırlanmalıdır. Videodərs nümunələri ilə informatika müəllimlərinə metodiki dəstək məqsədilə hazırlanmış http://www.informatik.az/
saytından tanış olmaq mümkündür.

Bütün işlər ekspertlər tərəfindən qiymətləndiriləcək. Müsabiqəyə işlər sentyabr ayının sonuna kimi qəbul ediləcək. Qaliblər diplom və hədiyyələrlə təltif olunacaq.

HƏQİQƏT




26/02/13    Çap et