Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti 15 avroluq telefon təqdim edib


“Nokia” şirkəti söz verdiyi kimi, büdcəyə uyğun telefonlar seqmentinə diqqət ayırmağa başlayıb. Belə ki, “Nokia 105” və “301” telefonlarını təqdim edib. Birinci aparat cari rübdə 15 avro qiymətinə satışa çıxarılacaq. Aparat çox sadədir, fənər, FM radio və batareya ilə təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Nokia 105” aparatı Çin, Misir, Hindistan, İndoneziya, Nigeriya, Vyetnam, Rusiya və Afrika, Avropa və Orta Şərqin bəzi ölkələrində satılacaq. “Nokia 301” modelinin qiyməti 65 avrodur.

Mobil telefon 3,2 meqapiksel təsvir ölçüsünə malik kamera ilə təchiz edilib. Aparat “Nokia”nın internet trafiki 90% sıxmağa imkan verən texnologiyasını dəstəkləyir. “Nokia 301” cari ilin ikinci rübündə satışa çıxarılacaq.

Emil Hüseynov




26/02/13    Çap et