Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Vikipediya" SMS vasitəsilə əlçatan olacaq
Onlayn ensiklopediyanın məqalələri "SMS" vasitəsilə istifadəçilərə əlçatan olacaq. Layihə üzərində aparılan işlər bir neçə ay ərzində yekunlaşacaq. Bu barədə layihənin sponsoru "The Knight Foundation" təşkilatının saytında yazılıb.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni layihəyə əsasən, mobil telefon istifadəçiləri "SMS" və ya "USSD" xidmətləri vasitəsilə göndərdikləri sorğulara müvafiq məqalənin mətnini cavab olaraq əldə edəcəklər. Xidmətin hazırlanmasına sponsorluq edən "The Knight Foundation" qeyri-kommersiya təşkilatı 600 min dollar həcmində qrant ayırıb.
Layihə, ilk növbədə, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulub, çünki həmin ölkələrdə internetə çıxış imkanı hələ də problemlidir. "The Knight Foundation" təşkilatının saytında yazılan məlumata əsasən, "Vikipediya"ya mobil internetlə daxil olan 25 ölkədən 22-si inkişaf etməkdə olan ölkələrdir. İlk səkkizlikdə Afrika dövlətləri qərarlaşıb.
Emil Hüseynov
26/02/13 Çap et